Rus pilotun cənazəsi ölkəsinə göndərildi
30.11.2015 14:10 Dünyadan reaksiya 2140
Türkiyənin hava məkanını pozan rus təyyarəsinin pilotunun cənazəsi Rusiyaya göndərilib.
Reaklsiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rus pilotun meyiti Ankara Esenboğa hava limanından Rusiyaya məxsus təyyarə ilə ölkəsinə aparılıb.
Qeyd edək ki, pilotun cənazəsi ötən gün Etimesgut hərbi hava limanına gətirilib və cənazəni burada türk hərbi rəsmiləri və Rusiyanın Ankaradakı səfirliyinin nümayəndələri qarşılayıb.
Şərhlər