Türkiyə və NATO birgə bəyanatla çıxış etdi - VİDEO
30.11.2015 15:43 Dünyadan reaksiya 2455
Türkiyənin baş naziri Əhməd Davudoğlu və NATO baş katibi Yens Stoltenberq birgə mətbuat konfransı keçiriblər.
Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, Davudoğlu mətbuat konfransında bəyanatla çıxış edib.
O, bildirib ki, "Türkiyənin sərhədlərini qoruması vəzifəsidir. Kimsə bizdən vəzifəmizi icra etdiyimiz üçün üzr gözləməsin".
NATO baş katibi də "Türkiyə öz sərhədlərini və hava məkanını qorumaq hüququna malikdir. Türkiyənin Rusiya ilə təmas qurmaq səylərini dəstəkləyirik" bəyanatıyla çıxış edib.
Davudoğlu, həmçinin qeyd edib ki, "Rusiya tərəfindən 3 dəfə hava məkanımız pozuldu. Biz də 3 dəfə xəbərdarlıq etdik. Noyabrın 24-də baş verənlərin məsuliyyəti Türkiyənin üzərində deyil. Türkiyənin hava məkanına hər kəs hörmət etməlidir. Biz gərginliyi artırmaq niyyətində deyilik”.
Şərhlər