Bütün dünyanın “öldü” zənn etdiyi “yanlış komikadze”

30.11.2015 17:20     Dünyadan reaksiya     2114

Dünya mətbuatında şəkilləri yayılan, Fransanın paytaxtı Parisdə baş vermiş son terror hadisələrində günahkar bilinən, 18 noyabr çərşənbə günü özünə sui-qəsd edərək öldürən kamikadze Hasna Ait Boulachen haqqında maraqlı fakt ortaya çıxıb.

Reaksiya.az ispan mediasına istinadən xəbər verir ki, şəkildəki xanım əslində Hasna Ait Boulachen deyil, şəkildəki xanımın əsl adı Nabila Bakkathadır.  

O Mərakeşdə yaşayır və müəllimədir. Onun şəkillərini mübahisə etdiyi rəfiqəsi Fouzia Elfane ondan intiqam almaq məqsədi ilə qəsdən mediaya verib.

Nabila hadisədən çox sarsıntı keçirdiyini bildirib:“Şəkillərim mediada yayılan gün bir çox dostlarım, tanışlarım mənə zəng edərək mənim öldüyüm və kamikadze olmağım barədə xəbərlərdən çox təəcübləndiklərini bildirdilər. Bu xəbərdən mən də sözün əsl mənasında şoka düşdüm və dərhal əsəbi halda şəkillərimin yayıldığı Mərakeş veb portalına zəng edərək yanlışlıq olduğunu çatdırdım. Mənim şəxsi şəkillərimin araşdırılmadan, yanlışca mediaya yayan hər bir kəsi məhkəməyə vermişəm və sonuna qədər bunun həll olunması üçün dirənəcəm”.

Həmin vaxt Nabila Bakkatha hələ şəkillərinin nəinki Mərakeş, bütün dünya mətbuatında yayımlandığından xəbərsiz olub.

Hazırda iş Fransa və Mərakeş məhkəmələri tərəfindən araşdırılır. 

Şərhlər

Çox oxunanlar