"Türkiyə rəhbərliyi çox qəribə mövqe tutub" - Medvedev

30.11.2015 17:50     Dünyadan reaksiya     1761

“Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər siyahısını genişləndirmək olar”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya baş naziri Dmitri Medvedev bildirib.

"İndiki qətnamə layihəsinə daxil olan tədbirlər ilk addımdır. Biz, hadisələrin necə inkişaf edəcəyinə baxacağıq. Fərmanda qeyd olunan səlahiyyətlər çərçivəsində Rusiya Federasiyasına gətirilməsi qadağan olunan məhsulların, Rusiyaya girişi qadağan olunan şəxslərin siyahısını genişləndirmək imkanımız var. Bütün bunlar lazım gəldikdə həyata keçiriləcək", - deyə rusiyalı baş nazir qeyd edib.

D. Medvedev Türkiyə rəhbərliyinin qəribə mövqe tutduğunu qeyd edib: "Təəssüf ki, Türkiyə rəhbərliyi çox qəribə mövqe tutub. Türkiyə baş naziri Rusiyanın məlum insidentlə bağlı görəcəyi cavab tədbirlərinə yenidən baxacağına ümid etdiyini söyləyib və eyni zamanda Türkiyənin bu insidentə görə heç vaxt üzr istəməyəcəyini deyib. Buna şərh vermək artıq yersizdir".

Rusiya hökumətinin rəhbəri Türkiyəyə qarşı görüləcək xüsusi tədbirlərin bu ölkəyə maksimum dərəcədə təsir edəcəyini qeyd edib: "Bu tədbirlər Rusiyanın iqtisadi maraqlarına minimum təsir edəcək. Rusiyanın Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirləri məcburidir və bu ölkənin vətəndaşlarına qarşı yönəlməyib. Ümid edirəm ki, bütün bu qərarlar arzuolunan nəticələri verəcək".

D. Medvedev Rusiyadakı Türkiyə biznesindən də danışıb: "Əlbəttə ki, Türkiyə rəhbərliyinin qəbul etdiyi qərarda Türkiyə biznesinin nümayəndələrinin günahı yoxdur. Onlar Türkiyə rəhbərliyinin apardığı siyasətin əsiridir. Bu da bu və ya digər halda onlara təsir edəcək".

Şərhlər

Çox oxunanlar