Rusiyadan Türkiyə ilə bağlı daha bir imtina
01.12.2015 01:07 Dünyadan reaksiya 1632

Rusiya 2016-cı ili Rusiya-Türkiyə əməkdaşlığı ili kimi qeyd etməkdən imtina edir.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Olqa Qolodets deyib.
"Biz bu mövzuda əməkdaşlığımızı dayandırmağa məcburuq", - deyə o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya mədəniyyət naziri Vladimir Medinski də 2017 və 2018-ci illərdə Rusiya və Türkiyədə qarşılıqlı mədəniyyət və turizm illərinin keçirilməsinin planlaşdırılmadığını bəyan edib.
Şərhlər