Putin prezidentlərlə foto çəkdirmədi

01.12.2015 01:35     Dünyadan reaksiya     1644

Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən BMT-nin İqlim dəyişikliyi Konfransında 195 ölkənin dövlət və hökumət başçılarının çəkdirdiyi kollektiv fotoda yer almayıb.

Reaksiya.az-ın verdiyi məlumata görə, digər liderlərlə yanaşı Türkiyə prezidenti Ərdoğan da kollektiv fotoda yer alıb.

Qeyd edək ki, Parisdə keçirilən beynəlxalq konfransda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir. Konfrans çərçivəsində iki ölkə prezidenti arasında görüşün keçiriləcəyi ehtimal edilsə də, sonradan Vladimir Putin Ərdoğanla görüşməkdən imtina edib. 

 

Şərhlər

Çox oxunanlar