Fransaya məxsus sərnişin təyyarəsi Rusiyada məcburi eniş edib
01.12.2015 02:50 Dünyadan reaksiya 1626

Fransanın “Air France” aviaşirkətinə məxsus “Boeing 777” sərnişin təyyarəsi Sankt-Peterburqun “Pulkovo” hava limanında məcburi eniş edib.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, məcburi enişə səbəb təyyarənin mühərriklərindən birinin sıradan çıxması olub.
Təyyarənin Paris-Pekin marşrutu ilə uçduğu bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb.
Şərhlər