Nazarbayev Rusiya və Türkiyəyə çağırış etdi

01.12.2015 03:14     Dünyadan reaksiya     1555

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Su-24 təyyarəsi ilə bağlı insidentlə əlaqədar birgə komissiyanın yaradılmasına çağırıb.

Reaksiya.az bu barədə APA-ya istinadən məlumat verir.

“Nə qədər çətin olsa da, hesab edirəm ki, birgə araşdırıcı komissiya yaradılmalı, araşdırma aparılmalı, günahkarlar müəyyən edilərək cəzalandırılmalıdır, səhvlər etiraf, münasibətlər isə bərpa edilməlidir. Mən Rusiya və Türkiyədəki dostları buna çağırıram”, deyə N.Nazarbayev bildirib.

Qazaxıstan prezidenti qeyd edib ki, o, baş nazir S.Dəmirəl və prezident B.Yeltsinin vaxtından uzun illər Rusiya və Türkiyənin mövqelərini yaxınlaşdırmaq üçün çalışıb. “İndi isə bu səylər boşa çıxa bilər”, deyə N.Nazarbayev vurğulayıb. 

Şərhlər

Çox oxunanlar