Türkiyə parlamenti Əhməd Davudoğlu hökumətinə etimad göstərib
01.12.2015 04:54 Dünyadan reaksiya 1702

Türkiyə parlamenti baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi yeni hökumətə etimad göstərib.
Reaksiya.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, parlamentin sözügedən qərarına 509 deputatdan 315-i lehinə, 194 deputat isə əleyhinə səs verib.
Beləliklə, Ə. Davudoğlunun rəhbərlik etdiyi hökumət parlamentdə etimad səsverməsindən keçib.
Səsvermədən sonra Ə. Davudoğlu hökumətə etimad göstərdikləri üçün deputatlara təşəkkürünü bildirib.
Şərhlər