Ərdoğan: İstefa verməyə hazıram
01.12.2015 06:11 Dünyadan reaksiya 1791
“Türkiyənin İŞİD-dən neft alması təsdiqləndiyi halda istefa verməyə hazıram”
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə bəyan edib.
“Tam açıq şəkildə bəyan edirəm. Əgər belə bir faktlar təsdiqlənsə mən postumda qalmayacam. Bunun müqabilində hörmətli Putindən soruşuram, o qalacaq?”, deyə Ərdoğan Rusiya rəhbərliyinin bəyanatına cavab olaraq bildirib.
“Bu cür bəyanatların verilməsi qəbuledilməzdir. Biz heç vaxt qeyri-leqal yolla neft əldə etməmişik. Bizim neft əldə etdiyimiz mənbələr hamıya məlumdur. Bunlar Rusiya, İran, Azərbaycan, İraq, Əlcəzair, Qətər, Nigeriyadır”, Ərdoğan əlavə edib.
Şərhlər