İŞİD sünni kralları hədələdi
24.06.2015 13:26 Dünyadan reaksiya 1728
İraq-Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşması tərəfdarlarını müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında hücumları artırmağa çağırdı.
ANS PRESS-in məlumatına görə, terror qruplaşması bununla bağlı internetdə səsli mesaj yayıb.
İŞİD-in sözçüsü Əbu Məhəmməd Adnani "Kafirlər üçün faciə zamanı gəlib" ifadəsini istifadə edib.
Səsli mesajda bildirilib ki, Ramazan ayında xristianların, şiələrin və ABŞ-ın liderliyi altında olan koalisiya ilə birlikdə çalışan sünnilərə qarşı hücumları artırılması vacibdir.
Adnani eyni zamanda Ərəbistan yarımadasında yaşayan ərəblərə də çağırış edib. “Tiran liderlərinizə qarşı ayağa qalxın”,- deyə çağırışda vurğulanıb. Beləliklə, İŞİD Səudiyyə Ərəbistanı, İordaniya, Yəmən, Katar, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman krallıqlarını hədəfə götürüb.
Şərhlər