Ermənistanda çaxnaşmalar başlayır

01.12.2015 14:02     Dünyadan reaksiya     1882

Bu gündən Ermənistanda mitinqlər başlayır.

Reaksiya.az ANSPRESS-ə istinadən xəbər verir ki, bu barədə “Yeni Ermənistan” hərəkatının lideri Zirayr Səfilyan deyib. Səfilyan bildirib ki, cinayətkar rejimdə devrilməyincə mitinqlərə son qoyulmayacaq.

"Bizim öz tərəfdarlarımızı bir neçə gün isti geyim və yeməklə təmin etmək imkanımız var. Rejimin devrilməsi çox uzun zaman alacaq. Amma biz bunu bacarmalıyıq”, - deyə Zirayr Səfilyan bildirib. 



Zirayr Səfilyan mitinqlərin təşkil edilməsi barədə müsbət cavab alınmadığını bildirib. 

Mitinqlər bu gündən Azadlıq meydanında təşkil ediləcək. Uzun müddət davam edəcək mitinqlər üçün meydanda çadırlar qurulur. 

Mitinqlər "Yeni Ermənistan" xalq qurtuluşu, "Miras" müxalifət partiyası, Müxalifət Vətəndaş Təşəbbüsü qrupları, “Ermənistan politoloqlar ittifaqı” hərəkatları tərəfindən təşkil edilir. Etiraz aksiyalarının əsas şuarı isə "Dur, Ermənistan!" dır. 

Polis isə mitinqlərlə bağlı sakinlərə müraciət yayıb. 

"Sakinləri fitnəkar və qanunsuz hərəkətlərdən çəkinməyə çağırırıq. Biz mitinq təşkilatçılarının evlərinə və ofislərinə baxış keçirdik. Orada döyüş qumbaraları, metal və taxta çubuqlar, bıçaqlar və elektroşok alətləri aşkar edilib”, -deyə polisin yaydığı müraciətdə bildirilir. 

Aksiya keçirənlər konstitusiya dəyişikliyi ilə bağlı referendumun ləğv edilməsini tələb edirlər. Ermənistanda konstitusiya islahatları ilə bağlı referendum 6 dekabrda keçəcək.
Bundan əvvəl Ermənistanda elektrik enerjisi tarifinin qaldırılmasına qarşı mitinq keçirilib. Aksiyalar “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları tərəfindən təşkil edilmişdi.
Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsini və İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının buraxılmasını tələb ediblər.

Mitinqlər nəticəsində 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb. Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%) bahalaşıb.

Şərhlər

Çox oxunanlar