İstanbul metrosunda partlayış - ölən və yaralananlar var
02.12.2015 00:56 Dünyadan reaksiya 1909

İstanbulun “Bayrampaşa” metrostansiyasında partlayış baş verib.
Reaksiya.az-ın “Milliyyet”e istinadən verdiyi xəbərə görə, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları cəlb olunub. Hadisə nəticəsində 1 nəfərin öldüyü və yaralıların olduğu bildirilir.
Metronun fəaliyyəti hazırda dayandırılıb.
Polis partlayışa elektrik transformatorunda qısa qapanmanın səbəb olduğunu ehtimal edir.
Şərhlər