Con Kerri və Mövlud Çavuşoğlu arasında görüş baş tutub

02.12.2015 01:47     Dünyadan reaksiya     1821

ABŞ Dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Ankara-Moskva münasibətlərindəki gərginliyi müzakirə ediblər.

Reaksiya.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Çavuşoğlu bildirib ki, Türkiyə rəhbərliyi SU-24 təyyarəsinin vurulmasından sonra yaranmış vəziyyətlə bağlı möveyini Rusiya rəsmilərinin nəzərinə çatdırmağa çalışır. C.Kerri isə öz növbəsində qeyd edib ki, Vaşinqton Ankaranı bu məsələdə tam dəstəkləyir.

Görüş zamanı terrorçu İŞİD qruplaşmasına qarşı birgə mübarizə mövzusuna da diqqət yetirilib.

Şərhlər

Çox oxunanlar