İstanbuldakı partlayışın hədəfi polis avtobusu olub - VİDEO
02.12.2015 02:05 Dünyadan reaksiya 1767

İstanbulun Bayrampaşa rayonunda ötən axşam törədilən partlayışla bağlı təfərruatlar məlum olub.
Reaksiya.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə yerində aparılan araşdırma zamanı məlum olub ki, metro stansiyasının yaxınlığında yerləşdirilən partlayıcı qurğunun əsas hədəfi polis əməkdaşlarını daşıyan avtobus olub. Bomba polis avtobusu keçdikdən bir neçə saniyə sonra partlayıb.
Qeyd edək ki, partlayış nəticəsində bir nəfər ölüb, biri isə xəsarət alıb.
Şərhlər