NATO Türkiyə ilə bağlı plan hazırlayacaq
02.12.2015 07:08 Dünyadan reaksiya 1595

NATO yaxın bir neçə həftə ərzində Türkiyənin təhlükəsizliyinin təmin olunması üzrə tədbirlər paketi hazırlayacaq və Alyansın cənub-şərq regionunda nəzarəti gücləndirməyi planlaşdırır.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədəNATO-ya üzv dövlətlərin XİN rəhbərlərinin rəsmi bəyanatında bildirilir.
“NATO-ya üzv dövlətlərin müdafiə nazirləri bu məsələni oktyabrda keçirilən görüşdə müzakirə ediblər və Türkiyənin təhlükəsizliyinin təmin olunması üzrə gələcək tədbirlərin görülməsinə dair göstərişlər veriblər. Bu gün biz görülmüş işləri nəzərdən keçirdik, irəliləyiş var”, deyə bəyanatda bildirilir.
Sənəddə Rusiyanın “Su-24” təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə bağlı heç bir xatırlatma yoxdur.
Şərhlər