Ermənistan müxalifəti müddətsiz etiraz aksiyasına başlayıb

02.12.2015 04:21     Dünyadan reaksiya     1636

Ermənistan müxalifəti Yerevanın mərkəzində konstitusiya islahatına qarşı təşkil olunan etiraz aksiyasının müddətsiz olacağını bəyan edib. Reaksiya.az reporta istinadən xəbər verir ki, bu haqda aksiyanın təşkilatçısı olan "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahı məlumat yayıb.

Ötən axşam 18:00-da başlayan aksiya hazırda da davam edir. Şəhərin mərkəzində polis birliklərinin sayı artırılıb. Yerevan meriyası müxalifət tərəfdarlarına çadır qurmağa qadağan edib.

Ötən axşam Yerevanda keçirilən mitinq də insidentsiz ötüşməyib. Polis əməkdaşları ilə qarşıdürma nəticəsində 2 müxalifət fəalı saxlanılıb.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda yeni konstitusiya ilə bağlı referendum keçiriləcək. Müxalifət liderləri bu referendumun ləğv edilməsini, ölkə rəhbərliyinin isə istefa verməsini tələb edir.

Şərhlər

Çox oxunanlar