"Putin mənə mərd adam deyirdi" - Ərdoğan

02.12.2015 10:23     Dünyadan reaksiya     2004

Parisdə keçirilən iqlim sammitindən Qətərə rəsmi səfərə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə Türkiyə ilə Rusiya arasında olan gərginliyi şərh edib.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ərdoğan, Putinin onun barəsində mərd, cəsur, dürüst dövlət adamı və s. bu kimi fikirlər səsləndirdiyini bildirib. 

“Putin mənim barəmdə hər zaman müsbət fikirlər səsləndirib. Mənimlə bağlı bütün bəyanatları mənim mərdliyim və cəsurluğum barədə olub. Dürüst dövlət adamı olmağım barədə də bir çox sözü var. Xüsusilə bizim Berluskoni, Şröder və onunla keçirdiyimiz üçtərəfli və dördtərəfli görüşlərdə mənim barəmdə həmişə bu istiqamətdə sözlər deyib.” 

Rusiyanın hadisələrə hissi yanaşdığını deyən Türkiyə prezidenti onların nümayiş etdirdiyi davranışın diplomatik olmadığını vurğulayıb. Ərdoğan həmçinin rəsmi Moskvanın o dəqiqə sanksiyalardan danışmasının xoş bir hərəkət olmadığını bildirib. 

“Hamı Rusiyaya qarşı sanksiya tətbiq edəndə Türkiyə bu yola getməyib. Onlar bizim strateji ortağımızdır. Biz onlara ərzaq verəcəyik dedik, amma onların elədiklərinə baxın. Biz ərzaq məhsulları almayacağıq deyir və biznesmenlərimizə əziyyət verirlər. Bunlar dövlətin ciddiyyətinə yaraşmayan hərəkətlərdir. Türkiyə bu istiqamətdə öz əsalətini mühafizə edir. Biz onlarla eyni dili danışmayacağıq. Biz diplomatik dildən istifadə edirik və onların da dillərini dəyişdirmələrini gözləyirik.” 

Jurnalistlərdən birinin, gərginlik son həddə çatarsa Türkiyədəki rusların deportasiya olunub-olunmayacağı barədə suala Ərdoğan, bu cür hərəkətin Türkiyəyə və türklərə yaraşmayacağını deyərək belə bir şey olmayacağını deyib. 

Şərhlər

Çox oxunanlar