Gürcü nazir qəzaya düşdü - ölən var
02.12.2015 16:34 Dünyadan reaksiya 1965
Gürcüstanın qaçqınlarla iş üzrə dövlət naziri Sozara Subari Samtrendən çıxışda yol qəzasına düşüb.
Reaksiya.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Qruziya onlayn” xəbər yayıb.
Əldə olan məlumata görə, nazirin olduğu maşın taksi ilə toqquşub. Nəticədə taksi sürücüsü xəstəxanaya çatdırılarkən yolda keçinib.
Nazir və sürücüsü isə heç bir xəsarət almadan qəzadan qurtulublar.
Şərhlər