Türkiyə Qatardan maye qaz alacaq

02.12.2015 17:02     Dünyadan reaksiya     1956

Türkiyənin BOTAŞ dövlət şirkəti ilə Qatar milli neft şirkəti arasında sıxılmış maye qaz alqı-satqısına dair Memorandum imzalanıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, sənəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qatara rəsmi səfəri çərçivəsində razılaşdırılıb.

Qatardan alınacaq sıxılmış maye qazın həcmi yaxın vaxtlarda tərəflər arasında imzalanacaq müqavilədə əksini tapacaq. Müqavilədə anlaşmanın müddəti də göstəriləcək. 

Qeyd edək ki, təbii qaz xüsusi üsulla öz həcmindən 600 dəfə kiçildilərək maye hala gətirilir və anbarlarda saxlanılır.

Şərhlər

Çox oxunanlar