ABŞ-dan maliyyələşən fond fəaliyyətini dayandırıb

03.12.2015 01:57     Dünyadan reaksiya     1587

“Birləşmiş erməni fondu” təşkilatı Ermənistan və Dağlıq Qarabağda fəaliyyətini dayandırıb.
Reaksiya.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “Arevelk” nəşrinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, müvafiq qərarın verilməsinə səbəb fondun əsas sponsoru Kirk Kerkoryanın vəfatı olub. Onun vəfatından sonra “Linsi” fondu da fəaliyyətini dayandırıb.

“Birləşmiş erməni fondu” xatırladıb ki, 26 il ərzində ABŞ-dan gələn maliyyə hesabına Ermənistan və Dağlıq Qarabağa 720 milyon dollar məbləğində humanitar yardım göndərilib.

 

Şərhlər

Çox oxunanlar