Pentaqon Türkiyəyə dair məlumatları təkzib edib

03.12.2015 02:18     Dünyadan reaksiya     1804

“Pentaqon Türkiyənin İŞİD-dən neft aldığını təsdiqləyən sübutlara malik deyil”.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat xidmətinin rəhbəri Elissa Smit bildirib.

“Biz Türkiyə hakimiyyətinin İŞİD-lə neft sövdələşməsinə getməsinə dair ehtimalları rədd edirik. Bu ittihamları təsdiqləyən sübutları görməmişik. Türkiyə beynəlxalq tərəfdaşları ilə birlikdə Suriya ilə sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində addımlar atır. Bizim burada məqsədimiz İŞİD-in neft qaçaqmalçılığının qarşısını almaqdır. Biz Türkiyəni İŞİD-lə mübarizədə əsas tərəfdaş hesab edirik. Digər tərəfdaşlarımızla olduğu kimi Türkiyə ilə koalisiya çərçivəsində nələr edə biləcəyimizi, əməkdaşlıq məsələlərini, İŞİD üzərində qələbə imkanlarını müzakirə edirik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin rəsmisi Sergey Rudskoy İŞİD-in yanacaq daşıyan maşınlarının limanlara getdiyini, oradan isə neftin tankerlərlə üçüncü ölkələrə daşındığını bəyan edib. Rusiya Müdafiə Nazirliyi sübut kimi peyk vasitəsilə çəkilən şəkilləri göstərib. 

 

Şərhlər

Çox oxunanlar