Türkiyə Fransaya icazə verdi

03.12.2015 04:29     Dünyadan reaksiya     1727

Rəsmi Ankara Fransaya İŞİD-ə qarşı zərbələr endirmək üçün Türkiyənin hava məkanından istifadə etməyə icazə verib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-dəki diplomatik mənbə bildirib.

“Türkiyə hökuməti Fransanın müvafiq sorğusuna müsbət cavab verib”, deyə mənbə bildirib.

Qeyd olunur ki, bu, Fransa hərbi təyyarələrinin “İncirlik” hərbi bazasında yerləşdirməyə imkan verəcək. 

Şərhlər