Üç məscid bağlandı

03.12.2015 05:49     Dünyadan reaksiya     1826

Fransa daxili işlər naziri Bernar Kaznev ölkədəki terror aktlarından sonra 3 məscidin bağlandığını bildirib.

Reaksiya.az-ın qafqazinfo.az-a istinadən verdiyi məlumata görə, nazir Fransada radikalizmin qarşısının alınması məqsədilə məscidlərin bağlandığını deyib:

“Sena və Marna bölgəsindəki məscidlərdən biri radikalizmi yaydığına görə bağlanıb. 22 nəfərin ölkədən kənara çıxmasına qadağa qoyulub, 9 nəfər isə ev dustağı elan olunub”.

Kaznev ötən həftə Lion və Jenvilye şəhərlərində eyni səbəbdən iki məscidin bağlandığını söyləyib.

Şərhlər

Çox oxunanlar