Kataloniyanın müstəqillik bəyannaməsi ləğv edildi

03.12.2015 06:53     Dünyadan reaksiya     1658

Kataloniya parlamenti noyabrın 9-da faktiki olaraq “müstəqillik bəyannaməsi” qəbul etmişdi.

Reaksiya.az Azərtac-a istinadən xəbər verir ki, İspaniya mərkəzi hökuməti isə Konstitusiya Məhkəməsinə rəsmi ərizə ilə müraciət edərək bu sənədin ləğv olunmasını istəmişdi. Dekabrın 2-də məhkəmə yekun qərarını açıqlayıb.

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin qəbul etdiyi sənədi qanuna zidd olduğuna görə ləğv edib. Bu qərardan dərhal sonra Milli Məhkəmə Kollegiyası Kataloniya vilayətində müstəqilliyi dəstəkləmiş 5 bələdiyyənin rəhbərliyi barədə hüquqi araşdırmalara başlayıb.

İspaniyanın Baş naziri Mariano Raxoy bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı ölkə vətəndaşlarının əksəriyyətini sevindirib. Kataloniya yerli hökumətinin mətbuat katibi Fransesk Homs isə Konstitusiya Məhkəməsinin Madriddən asılı olduğunu qeyd edərək qərarın təzadlarla zəngin olduğunu bildirib.

Şərhlər

Çox oxunanlar