Sarqsyan Qarabağdan İrəvana qoşun toplayır

24.06.2015 15:30     Dünyadan reaksiya     1786

Ermənistan Silahlı Qüvvələrinin bəzi birləşmələri Azərbaycanla sərhədin yaxınlığındakı daimi dislokasiya yerindən İrəvana gətirilib.
 
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bu hərbi birləşmələr paytaxt İrəvandakı bazalarda yerləşdirilib. 
 
Onlar İrəvandakı mitinqi dağıtmağa və iğtişaşların daha geniş əraziyə yayılmasının qarşısını almağa başlamaq üçün əmr gözləyir.

Şərhlər