Ukraynanın oliqarxları: qana – qan, dişə - diş mübarizə... - TƏHLİL

23.05.2015 10:03     Dünyadan reaksiya     748

Son vaxtlar Azərbaycanda ən çox müzakirə edilən məsələrdən biri və bəlkə də birincisi, hüqüq – mühafizə orqanları tərəfindən bəzi  iş adamlarının saxlanılması, həbsi və dindirilməsidir. Dövlətin, yəni bizlərin milyonlarla pulunu mənimsəməkdə, fırıldaqçılıqda ittiham olunan bu biznesmen – oliqarxların həbsinə reaksiyalar da fərqli idi.

Müasir dövrdə kiminsə qanunlar çərçivəsində fəaliyyət göstərərək milyonlar qazanmasına inanmaq üçün sadəlövh olmaq lazımdır. Üstəlik onu da unutmaq olmaz ki, xərçəng xəstəliyi kimi bəşəriyyəti içəridən yeyən kapitalist sistemin bizlərə “töhfəsi” olan oliqarxik sinif üçün hansısa  bəşəri prinsiplər yalnız şərti xarakter daşıyır. Sadə insanlar üçün dəyərli meyar ve prinsiplər oliqarxlar üçün çox vaxt  rahat şəkildə mübadilə vasitəsinə çevrilir.

Hal hazırda dünyada oliqarxların bu və ya başqa şəkildə hakimiyyətə təsir etmədikləri  ölkə yoxdur.  Bir çox hallarda oliqarxlar, iqtisadi resurlarları əllərində cəmləşdirdikdən sonra bununla kifayətlənməyərək bir birlərinin təsir dairələrinə müdaxilə etməyə çalışır, içində yaşadıqları ölkənin maraqlarını vəhesablarına varlandıqları əhalinin taleyini özlərinin şəxsi maraqları yolunda asanlıqla qurban verirlər.  Belə ölkələrdən biri, 2013 ci ilin sonlarından daxili qarşıdurmanın səngimədiyi, hal hazırda vətəndaş müharibəsinin davam etdiyi Ukraynadır.

 

Oliqarx savaşları

 

Ukraynada “Avromaydan”  hadisələri ilə başlayan, Krımın Rusiya birləşməsi və ardından ölkənin Cənub Şərqində alovlanan və on minlərlə insanın tələf olduğu vətəndaş müharibəsinin kökündə, Rusiya və Qərb qarşıdurması qədər də, ölkəinin içində bir biriləri ilə yola gedə bilməyən oliqarx qruplaşmalarının maraqlarının toqquşması dayanır.  Nə qədər təəcüblü səslənsə də “Avromaydan” nəticəsində ölkədən qaçmış prezident Viktor Yanukoviçin yerinə gələn Pyotr Poroşenko, Yanukoviçin rəhbərlik etdiyi “Regionlar partiyasını” quran oliqarxlardan biri və sabiq prezidentin keçmiş silahdaşı idi. 2010-ci ilin əvvələrində seçilmiş prezident, “Donetsk”  qruplaşmasının üzvlərindən olan Yanukoviç, hakiməyyətə gələndən dərhal sonra özünün əsas rəqibi, Dnepropetrovsk klanın nümayəndəsi, qaranlıq enerji  sxemləri ilə küllü miqdarda var dövlət əldə etmiş Yuliya Timoşenkonu həbs etdirdi. O vaxtlar bu heç kimi təəcübləndirmədi. Birincisi Timoşenko özünə “azadlıq carcısı”  donu geyindirməyə çalışsa da Ukraynada onun hansı yollarla “qaz kraliçası” olduğunu çoxları bilirdi. İkincisi,əgər prezident Yanukoviç yox Timoşenko seçilsəydi o zaman  onun siyasi opponentinin başına hansı oyunlar açacağı da məlum idi. Amma Yanukoviç, Timoşenkonun həbsi ilə kifayətlənmədi. O ölkə iqtisadiyyatı üzərində nəzarəti təmamilə ailəsinin, daha dəqiq desək böyük oğlu Aleksandrın əlində cəmləşdirməyə başladı. İş o yerə gəlib çatdı ki bu vaxta  qədər Yanukoviçi dəstəkləyən və tatar əsilli iş adamı Rinat Axmetovun başçılıq etdiyi  Donetskin oliqarxik qruplaşmasına da iqtisadi zərbələr endirilirdi və nəticədə Donetsk oliqarxları bələ  Yanukoviçdən üz döndərməyə başladılar. Bu imkandan Donetsk qruplaşmasının rəqibləri, oliqarx İqor Kolomoyski və Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın kürəkəni Viktor Pinçuk istifadə etməyə bilməzdilər.

Nəticədə, xaricdən Qərb ölkələrinin siyasi dəstəyi, daxildə isə Dnepropetrovsk oliqarxları və buna qədər onların rəqibi olsa da, ümumi düşmənə qarşı onlarla bir cəbhədə yer alan enerji sahəsindəki maqnat, oliqarx Dmitriy Firtaşın maliyələşdirdiyi Avromaydan hadisələri başladı. Yanukoviçin ölkədən qaçışından sonra artıq Dnepropetrovsk klanı hakimiyyəti ələ ala bilmişdi vəartıq ölkənin iqtisadi resurları təzədən bölünəbilərdi. İri sənaye müəsisələri və kömür şaxtaları Ukraynanın cənub şərqində, Dontesk ve Luqansk vilayətləri ərazisində idi. Onlara nəzarət edən oliqarxların isə bu iqtisadi resurların əldən çıxması ilə asanlıqla barışacağını düşünmək sadəlövhlük olardı və Donass faciəsinin əsası belə qoyuldu. 

Hal hazırda Ukraynanın cənub şərqindəki münaqişə demək olar ki oliqarxların nəzarətindən çıxaraq böyük dövlətlərin maraq dairəsindəhəll edilməyə çalışılsa da, məsələnin bu həddə gəlib çatmasında Ukrayna oliqarxlarının rolu danılmazdır. Bəs indi onların vəziyyəti necədir?

 

Kim uddu kim uduzdu?

 

Təbii ki Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi, müharibə nəticəsində bəzi müəssisələrin yararsız hala düşməsi Ukrayna oliqarxlarına ciddi iqtisadi təsirlər vurmaya bilməzdi. Yuxarıda da deyildiyi kimi ən çox ziyanı bir vaxtlar Yanukoviçi dəstəkləyən Donetsk oliqarxları çəkdi. Rinat Ahmetovun sərvətinin artıq yarıya qədər azaldığı məlumdur. Buna baxmayaraq, oliqarxlar həmişə razılığa gələbilir və bir birlərinin ayaqlarını sona qədər basdalamırlar. Belə ki Kievləgəlinən gizli razılıqlar nəticəsindəUkrayna ordusunun ölkənin şərqindəapardığı hərbi əməliyyatlar zamanı Ahmetovun obyektləri demək olar ki zərər görmür. Diğər tərəfdən maraqlıdır ki keçən ilin yayında Rusya yönümlü silahlılar, Ahmetovun öz məhsullarını Avropaya nəql etdiyi,  Ukraynanın ikinci ən böyük liman şəhəri Mariupolun bir addımlığında olduqları zaman, Ahmetovun Moskvaya səfər etməsi haqda məlumatlar yayıldı. Və bu səfərdəki danışıqlar nəticəsində Mariupol rəsmi Kievin nəzarəti altında qaldı.

Bir başqa oliqarx,Leonid Kuçmanın kürəkəni Viktor Pinçuk, maydan hadisələrindən sonra müəsisələrində istehsal etdiyi malları Avropa bazarlarına çıxarmaq şansı əldə etdi. Bundan əlavə, Ukraynanın reklam bazarında il ərzində 19% lik ucuzlaşmasına baxmayaraq o nəzərat etdiyi televiziya kanallarında reklam gəlirlərini artıra bilib.

“Avromaydana” sponsorluq edən bir başqa Ukraynalı oliqarx, Dmitriy Firtaş isəAvstriyada həbs olunaraq 125 milyon avro girov müqabilində həbsdən azad olunmasına baxmayaraq, öz sərvətini son vaxtlar kifayət qədər artıra bilib. Donetskdəki Qorlovka şəhərində Ukrayna ordusu tərəfindən uzun müddət bombardıman edilməyən yeganə müəsisə Firtaşa aid olan “Stirol” kombinatı idi. Bundan əlavə Yuliya Timoşenkonun şəxsi düşməni olmasına baxmayaraq onun keçmiş silahdaşı hal hazırda baş nazir Yatsenyuku, Firtaş oz yanına çəkərək maliyələşdirir. Bu hamiliyin əvəzində Firtaş, Zaporojya, Volnoqorks ve İrşan kombinatlarının ələ keçirərək   ölkənin titan istehsalını öz nəzarətinə götürüb. 

Ukraynada yaşayan faciəvi hadisələrdən ən çox gəlir götürənlərdən biri də, heç şüphəsiz ki İqor Kolomoyskidir. O, nəinki Avromaydanın əsas sponsoru idi, eyni zamanda Maydan hadisələri zamanı Yanukoviçi qaçmağa məcbur edən  yarı silahlı ultra millətçi dəstələri maliyələştirirdi. Daha sonra isə ölkənin cənub şərqindəəməliyyatlar başlarkən,ordunun nəzarəti ələ keçirdiyi bölgələrdə insanların oğurlanması,  həbs edilərək dindirilməsi,rəsmi Kievə qarşı loyallıq nümayiş etdirməyən insanlara qarşı xüsusi  amansızlıq nümayiş etdirən batalyonlara sponsorluq etməyə başladı.Bu  batolyanların cinayətlərin bəziləri “Beynəlxalq amnistiya”, Human Rights Watch və ATƏTin hesabatlarında öz əksini tapıb. Əməliyyatların başladığı ilk aylarda Kolomoyskinin maliyələşdirdiği silahlı dəstələr nəqliyat vasitiəsi kimi onun sahibi olduğu “Privat” bankının zirehli inkasator avtomobillərindən istifadə edirdilər. Məhz Kolomoyskinin sayəsində daha əvvələr terrorizm maddəsi ilə həbs edilmiş bir çox ultra millətçinin üzvü olduğu “Sağ sektor” təşkilatı Dnepropetrovskda məskən saldı.

Bunun əvəzində Kolomoyski, Dnepropetrovsk oliqarx qruplaşmasının liderinə, eyni zamanda bu vilayətin qubernatoruna çevrildi. Bundan əlavə yaxın adamlarını Odessa, Nikolayev, Xerson vilayətlərinin qubernatoru vəzifəsinə təyin etdirərək bu bölgələrdə də nəzarəti ələ keçirdi.Bundan əlavə, yeni hökümət Kolomoyski və onun ətrafının Ukraynadakı bir sıra müəsisələrin qanunsuz olaraq ələ keçirilməsinə faktiki göz yumdu. Kolomoyski və onun şəriki Gennadiy Boqolyubova məxsus olan “Privat” bankı toxunulmazlıq statusu aldı. Ukrayna iqtisadiyatının bərparsı üçün  2014 ci ildə Qərbdən gələn yardımdan sonra dövlət subsidiyalarının əhəmiyyətli hissəsini də məhz bu bankın aldığını qeyd eləmək lazımdır. 

Hərbi əməliyyatların getdiyi ərazidə ordunun təhcizatı vəyanacaq ancaq Kolomoyskinin aid olan şirkələr  vasitəsi ilə həyata keçirilir. Başqa bir sözlə hərbi əməliyyatlar nə qədər uzun müddət davam etsə Kolomoyski daha çox mənfəət əldə edir. Əsgələr üçün gülləkəçirməz jiletlər xaricdən daha ucuz gətiriləbildiyi halda tenderdə Kolomoyskinin bu mwhsulları istehsal edən şirkəti qalib gəldi və bu jiletlərin daha sonra saxta və keyfiyətsiz olduğu ortaya çıxdı.

Bu ilin mart ayında Ukraynada ölkənin iki iri neft şirkəti, “Ukrnafta” və“Ukrtransnafta” ətrafında böyük qalmaqal baş verdi. Nəzarət etdiyi “Ukrtransnaftaya” hökümət tərəfinfən başqa bir adamın rəhbər təyin edilməsi ilə barışmayan Kolomoyski faktiki olaraq özünün şəxsi ordusu “Pravıy sektor” silahlıları ilə həm “Ukrtransnafta” və daha sonra “Ukrnafta” binalarını zəbt etdi. Bu, birbaşa Ukrayna prezidentinə qarşı müharibə elan etmək idi. Amma tam bu vaxtı normal ölkələr üçün çox qəribə sayılayabiləcək bir hadisə baş verdi: Kolomoyski ABŞ səfirliyinə çağrıldı. Səfirlə görüşdən dərhal sonra o özünün səhv etdiyini və bu qarşıdurmadan geri çəkildiyini bəyan etdi. Bu hadisəUkraynada əsl söz sahibinin kimlər olması və ölkənin necə idarə olunması haqda fikir yürütməyəəsas verir.

İnsident nəticəsində qubernator postunu tərk edərək ölkədən getməsinə baxmayaraq Kolomoyski hələ dəUkrayna rəsmi dairələrinə olan təsir imkanlarını əlində saxlayıb. Onun Ukrayna parlamentində özünə aid deputatlar fraksiyası belə var.

Lakin iqtisadi baxımdan ən güclü sıçrayışı Ukraynanın yeni prezidenti və köhnə oliqarxı Poroşenkonun aktivinə yazabilərik. Seçkilərdən əvvəl bütün var dövlətini – biznes imperiyasını satmağa söz verərək bu işdə hətta Rotşildlərə belə müraciət etməsinə baxmayaraq Poroşenkonun sərvəti nəinki azalmaq bilmir, əksinə kosmik sürətdə artır. 

Poroşenkoya məxsus olan məşhur  “Roshen” fabrikası 2014 ildə öz gəlirini 9 dəfə, yenə ona məxsus Beynəlxalq İnvestisiya Bankı isəUkraynada bank sisteminin tənəzülldə olmasına baxmayaraq tam 3 dəfə artırdı.

Ukraynanın cənub şərqində baş vərən hadisələrdə istifadə olunan ağır texnika Poroşenkoya məxsus olan və üç növbə ilə işləyən hərbi zavodlarda hazırlanır və təmir olunur. Rusya ilə olan konflikt və cənub şərqdəki müharibə Ukraynada total silahlanmaya  səbəb olur və təbii ki bundan ən böyük mənfəəti yenə də şəxsən Poroşenko götürür.

Poroşenko, hər fürsətdə Rusiyanı aqressiyada günahlandıraraq ölkədəki bütün bəlaların mənbəyi olaraq göstərsədənədənsə onun Rusiyanın Lipesk şəhərindəki fabriki mütəmadi olaraq Rusiyanın dövlət büdcəsinə vergi verir. Bəli, Poroşenkonun Rusiyada qida biznesi mövcüddür və Mariupolda “Roşen” fabrikası bağlandıqdan sonra buradakı cihazlar və avadanlılqar Rusiyadakı fabrika aparıldı. 

Beləliklə yalnız bir ölkədə miqyasında Ukraynada bir oliqarx qrupların faəliyyatinin sadə insanlara hansı bəlalar gətirdiyini gördük. Ölkə faktiki olaraq parçalanmış on minlərləəsgər və sadə xalq qardaş qırğını nəticəsində  həyatlarını itirmiş, geridə qalanlarının iqtisadi vəziyyəti tamamilə tənəzzül edib. Əvəzində bir qrup oliqarx bütün ölkəni avantyuraya sürükləyərək öz sərvətlərini artırıb. Ukraynanın “demokratik Qərb yolunu” seçməsinin görünməyən səbələrindən biri də budur.

 

Fuad FƏXRƏDDİNOĞLU

Şərhlər

Çox oxunanlar