Daha bir ölkə Suriyanı bombalamağa başladı
03.12.2015 12:28 Dünyadan reaksiya 1877
İngiltərə Suriyada İŞİD qüvvələrinin bombalanmasına izin verən müraciətin parlamentdə qəbul edilməsindən sonra ilk hava hücumlarını həyata keçirib.
Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyinin açıqlamasına görə, Cənubi Kiprin hava sahəsindən istifadə edən İngiltərə Kral Hava qüvvələrinə məxsus 4 ədəd Tornado qırıcıları artıq Suriyadakı İŞİD hədəflərini bombalayıblar.
Hələ ötən ildən beynəlxalq koalisiyanın İraqdakı İŞİD hədəflərinə yönəlmiş hava hücumlarını dəstəkləyən İngiltərənin Cənubi Kiprdə hazırda 8 Tornado tipli qırıcısı var.
Şərhlər