Sabiq prezidentin köməkçisi evində ölü tapıldı

04.12.2015 04:10     Dünyadan reaksiya     1647

Sabiq Misir prezidenti Hüsnü Mübarəkin köməkçisi Ayşəgül Abık Türkiyənin Bursa şəhərində yaşadığı evdə ölü tapılıb.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bacısı telefon zənglərinə cavab verməməyindən narahat olaraq Abıkın evinə gəlib. Evə girdikdə isə onun yataq otağında öldüyünü görüb. Hadisə yerinə gələn həkimlər 43 yaşlı qadının ölümündə şübhəli məqamların olduğunu bildiriblər.

Qeyd edək ki, Hüsnü Mübarəkin hakimiyyətdən getməsindən sonra Ayşəgül Abık Türkiyəyə köçmüşdü və burada psixoloji müalicə alırdı.

Şərhlər

Çox oxunanlar