Türkiyənin Somalidəki səfirliyi qarşısında partlayış: 10 nəfər ölüb
24.06.2015 16:55 Dünyadan reaksiya 1928
Rusiyanın TASS agentliyinin “Mogadisho News” agentliyinə istinadən xəbərinə görə, Somalinin paytaxtı Moqadişudaki Türkiyə səfirliyi binasının yaxınlığında güclü bir partlayış meydana gəlib.
Mogadisho News - un verdiyi məlumata görə, hücumun hədəfi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) səfirliyinin rəsmiləri olub. Xəbərdə BƏƏ səfirinin sağ olduğu bildirilir.
10 nəfərin öldüyü terror aksiyasında ən az 6 əsgər də yaralanıb.
Məsuliyyəti Əl Şəbab terror qruplaşması öz üzərinə götürüb
Hücumun məsuliyyətini Əl Şəbab terror təşkilatı öz üzərinə götürüb.
“Reuters” agentliyinə açıqlama verən təhlükəsizlik rəsmiləri isə hadisənin bir intihar hücumu olduğunu, ən az 3 adamın öldüyünü, 7 adamın da yaralandığını bildiriblər.
Şərhlər