Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib

05.12.2015 00:22     Dünyadan reaksiya     1595

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəvətəndaşlığından məhrum edilib.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, müvafiq sərəncamın mətni Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin rəsmi saytında yerləşdirilib.

Dünən G. Marqvelaşvili Gürcüstan Ədliyyə Nazirliyindən rəy alıb. Həmin sənəddə ölkə başçısına müəyyən prosessual hərəkətlərlə əlaqədar M. Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi barədə tövsiyə yer alıb. G. Marqvelaşvili nazirliyin təklifini nəzərdən keçirib və müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, M. Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığını alıb.

 

Şərhlər

Çox oxunanlar