Almaniya ordusu İŞİD-ə qarşı əməliyyatlarda iştirak edəcək

05.12.2015 00:35     Dünyadan reaksiya     1619

Almaniya Bundestaqı almaniyalı hərbçilərin Suriyada İŞİD-ə qarşı əməliyyatda iştirakını nəzərdə tutan qanun layihəsini təsdiq edib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 446 deputat müvafiq sənədin lehinə, 146 nəfər əleyhinə səs verib.

Əməliyyatda quru qoşunların iştirakı nəzərdə tutulmur.

Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib ki, hökumətdə ümumiyyətlə belə bir plan nəzərdən keçirilmir. 

 

Şərhlər

Çox oxunanlar