Türkiyə bayrağı yandırıldı - Rusiyada
05.12.2015 12:14 Dünyadan reaksiya 2002
Futbol üzrə Rusiya çempionatının 18-ci turunda Ermənistan yığmasının hücumçusu Yura Movsisyan meydançaya çıxan zaman fanatlar Türkiyə bayraqlarını yandırıblar.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Ultra Sever” fan-klubu öz “twitter” səhifəsində yazıb.
Qarşılama Moskvanın “Spartak” və Samaranın “Krılya Sovetov” komandaları arasında “Açıq Arena”da baş tutub.
Oyunun 60-cı dəqiqəsində “Spartak”ın və Ermənistan yığmasının hücumçusu Yura Movsisyan meydana çıxarkən Moskva klubunun fanatları Türkiyə bayraqlarını yandırmağa başlayıblar.
Qeyd edək ki, Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasında gərginlik yaşanır.
Şərhlər