İŞİD Kaliforniya terrorunu öz üzərinə götürdü

05.12.2015 15:07     Dünyadan reaksiya     1848

ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhərində törədilən terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bu haqda terrorçu qruplaşma açıqlama yayıb.

"İŞİD-in iki tərəfdarı bir neçə gün öncə Kaliforniyanın San-Bernardino şəhərinin mərkəzinə basqın edib", - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Səid Rizvan Farukla həyat yoldaşı Taşfin Malik iki avtomat silah və tapança ilə dekabrın 3-də Kaliforniyanın San-Bernardino şəhərində 14 nəfəri qətlə yetirib, 21 nəfəri isə yaralayıb. Keçirilən əməliyyat nəticəsində ər və arvad hadisə yerində polis tərəfindən zərərsizləşdirilib.

Məlumata görə, Taşfin Malik "facebook" səhifəsində terrorçu İŞİD qruplaşmasını dəstəklədiyini yazıbmış.  

Şərhlər

Çox oxunanlar