MHP-nin parlament sədrliyinə namizədi bəlli oldu

24.06.2015 17:40     Dünyadan reaksiya     1707

Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyə böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə namizədi bəlli olub.

APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, MHP bu vəzifəyə İstanbul millət vəkili, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu namizəd göstərib. Artıq E. İhsanoğlu namizədlik üçün rəsmən müraciət edib. 

Qeyd edək ki, CHP parlament sədrliyinə Dəniz Baykalın, HDP (Halkların Demokrasi Partisi) isə Dengir Mir Mehmet Fıratın namizədliyini irəli sürüb. Hələlik Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi açıqlanmayıb. 

 

Şərhlər

Çox oxunanlar