"Türk axını"nı biz dayandırmışıq - Ərdoğan

05.12.2015 17:29     Dünyadan reaksiya     1827

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan “Türk axını” layihəsinin dayandılması ilə bağlı açıqlama verib.

Reaksiya.az Lent.az-a istinadən xəbər verir ki, o, “Türk axını”nın tələbləri qarşılamadığı səbəbi ilə bir müddətdir Türkiyə tərəfindən dayandırıldığını açıqlayıb: “Rusiya ilə aramızdakı problemlərin təbii qaz, Akkuyu Nüvə Enerji Santralı kimi layihələrə təsir edəcəyinə dair hələlik bir işarə yoxdur. Mətbuatda "Türk axını" layihəsinin Rusiya tərəfindən dayandırıldığı barəsində xəbərlər yayılır, bunlara inanmayın”.

Ərdoğan deyib ki, Türkiyə Rusiyanın krizi qızışdırma üslubunu doğru hesab etmir: Biz diplomatik dillə danışırıq. Bu mövzuda səbrliyik. Biz milliyik, yerliyik və bu ölkə bu mövzuda nə zaman, necə və nəyi danışacağını çox yaxşı bilir".

Şərhlər

Çox oxunanlar