“İslam dövləti” 10 yaşlı uşaqları “hərbi xidmət”ə çağırır

06.12.2015 14:57     Dünyadan reaksiya     1639

Suriya və İraqın böyük hissəsinə nəzarət edən “İslam dövləti” (İŞİD) qruplaşması koalisiya qüvvələri tərəfindən bombalanması nəticəsində azalan döyüşçü qüvvəsini azyaşlı uşaq və yeniyetmələr hesabına bərpa etməyə çalışır.

“Eurasiya Diary”-nin AFP-yə istinadən verdiyi məlumata görə, ABŞ ordusunun sözçüsü polkovnik Pat Rayder “İslam dövləti”ndə hərbi xidmətə çağırış yaşının 10 yaşdan başladığını qeyd edib.

İŞİD-in təbliğatda uşaqlardan geniş istifadə etdiyi və silahlı uşaq dəstələrinə “Xilafətin qurdları” adı verildiyi qeyd olunur.

ABŞ ordusunun rəsmisi dəqiq rəqəm açıqlamasa da, Suriya İnsan Haqları Müşahidə evi bu il 1100 uşağın İŞİD tərəfindən “səfərbər” olunduğunu bildirib.

BMT-nin hesabatında da qeyd olunur ki, İraqda Bayji şəhərinin İŞİD-dən azad edilməsindən sonra ölü “mücahid”lər arasında 480-dən çox uşaq və yeniyetmə cəsədi aşkarlanıb.

Şərhlər

Çox oxunanlar