Ermənistanın idarəetmə forması dəyişdirildi

07.12.2015 10:14     Dünyadan reaksiya     2008

Ermənistanda keçirilən referendumda iştirak edənlərin 63,35 faizi konstitusiya islahatı layihəsinin lehinə səs verib.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, səhər saat 6-da səslərin elektron sayılması başa çatıb. 1997 seçki məntəqəsinin hamısında səsvermənin nəticələrinin hesablanması yekunlaşıb.

Xəbərdə bildirilib ki, referendumda iştirak edənlərin 63,35 faizi konstitusiya islahatı layihəsinin lehinə, 32,35 faiz isə əleyhinə səs verib.

Yeni konstitusiyaya əsasən, Ermənistan parlamentli dövlət idarəetəmə formasına keçir. 

İnformasiyaya görə, referendumda seçicilərin 50,51 faizi iştirak edib ki, bu da 2013-cü ildə keçirilən prezident seçkisinə qatılanların sayından 9,5 faiz aşağı göstəricidir.

Qeyd edək ki, referendum dekabrın 6-da keçirilib. Dəyişikliklərə əsasən, Ermənistanda prezident 7 il müddətinə seçiləcək. Dövlət başçısını parlament seçəcək. Ötən gecə müxalifət Yeveranın "Azadlıq" meydanında etiraz aksiyasını davam etdirib. Aksiya dekbarın 1-də başlayıb.

Şərhlər

Çox oxunanlar