"Amerika islamla savaşmır" - Obama

07.12.2015 10:37     Dünyadan reaksiya     2028

ABŞ prezidenti Barak Obama ötən həftə Kaliforniyanın San Bernardino şəhərində 14 nəfərin terrorçular tərəfindən qətlə yetirilməsi ilə bağlı xalqa müraciət edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, televiziya kanalları ilə canlı yayımlanan çıxışında B. Obama hadisənin günahsız insanları öldürməyə yönəlmiş terror aktı olduğunu bildirib.

"Azadlıq qorxudan daha güclüdür", deyən ABŞ prezidenti qeyd edib ki, belə bir vaxtda Amerika xalqının bölünməsi radikallara sərf edər.

B.Obama ABŞ-da silahlanma ilə bağlı qanunvericiliyi tənqid edərək ölkə daxilində insanların silah əldə etməsini çətinləşdirtməyin zəruriliyini vurğulayıb. O, ABŞ-ın dəyişən terror təhdidinin öhdəsindən gələcəyini söyləyib və bu mübarizədə müsəlman icmalarını müttəfiq kimi görməyin vacibliyinə diqqət çəkib: "Bunun ABŞ-la islam arasındakı savaş kimi qiymətləndirilməsinə imkan vermərik".   

Obama hansı ölkədə olursa olsun, ABŞ ordusunun terrorçuları təqib edəcəyini və ölkə daxilində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini də əlavə edib.

Şərhlər

Çox oxunanlar