Erməni əsilli jurnalist: “Ermənilər onsuz da aksiyalara öyrəşiblər”

24.06.2015 17:42     Dünyadan reaksiya     2134

Ermənistandakı işıq pulunun artırılması ilə bağlı etirazlar haqqında danışan Türkiyədə erməni əsilli jurnalist Aris Nalcı ölkədə daha əvvəl yaşanan hadisələrə diqqət çəkərək xalqın küçə hərəkətlərinə vərdişkar olduğunu qeyd edib.

Ermənistanın paytaxtı İrəvanda minlərlə insan elektrik qiymətlərinin artımına etiraz etmək üçün küçələrə tökülüb. 19 iyundan başlayan nümayişlər zamanı içində jurnalistlərin olduğu çoxlu sayda adam həbs olunub. Polisin müdaxiləsi nəticəsində yaralanan xeyli aktivist olduğu deyilir. Türkiyədə yaşayan erməni əsilli jurnalist Aris Nalcı Ermənistanda yaşananları Rusiyanın “Sputnik” radiostansiyası üçün dəyərləndirib

 

Ermənistan xalqı küçələrə çıxmağa öyrəşib

 

Ermənistan xalqının küçə çıxmağa öyrəncəli olduğunu söyləyən Nalcı bunları deyib:

"Keçən illərdə xalq müxtəlif səbəblərdən buna bənzər aksiyalar keçirmişdi. Seçki dövründə Miras Partiyası lideri Raffi Hovhannisyan seçki nəticələrinin saxtalaşdırılması ilə bağlı aclıq aksiyasına başlamış, minlərlə insan ona dəstək verərək bu aksiyaya qoşulmuşdu. Digər tərəfdən nəqliyyat vasitələrində qiymətlərin artırılmasına görə on minlərlə insan təxminən bir ay davam edən etiraz aksiyaları keçirmişdi. Bu etirazların müsbət tərəfləri var. Aksiyalar hökumətə sanksiyalar kimi geri qayıdır".

Şərhlər

Çox oxunanlar