Ukrayna xarici işlər nazirliyindən Rusiyaya etiraz notası

07.12.2015 12:27     Dünyadan reaksiya     1925

Ukrayna Xarici İşlər Nazirliyi, Rusiya prezidenti Vladimir Putinin işğal edilən Krıma səfər reallaşdırması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Reaksiya.az Eurasia diary – yə istinadən xəbər verir ki,Ukrayna Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu kimi ziyarətlərin dayandırılması və Rusiya rəhbərliyinin Ukrayna qanunvericiliyinin və beynəlxalq normaları dəbdəbəli şəkildə görməzlikdən gəlməsinin səbəblərini şərh tələbini ehtiva edən etiraz notasının Rusiya xarici işlər Nazirliyinə göndərilib.

Krım Muxtar Respublikası və Sevastopolun Ukraynanın ayrılmaz hissəsi olduğu ifadə edən Ukrayna Xarici İşlər Nazirliyi etiraz məktubunda bunları qeyd edib: "Krım Muxtar Respublikası və Sevastopolun beynəlxalq səviyyədə qəbul edilən sərhədləri daxilində Ukraynanın ayrılmaz hissəsi olduğu və elə qalacağını növbəti dəfə vurğulayırıq. Bu, Rusiyanın davranışını lazım olduğu şəkildə qiymətləndirən və uyğun məhdudlaşdırıcı tədbirlər almağa davam edən bütün dünya tərəfindən qəbul edilir".

Şərhlər

Çox oxunanlar