Rusiya telekanalı Azərbaycana qarşı təxribata yol verdi
07.12.2015 14:04 Dünyadan reaksiya 1877
Rusiyanın "Lifenews" kanalı Azərbaycana qarşı təxribata yol verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, dekabrın 5-də efirə gedən süjetdə nümayiş olunan Azərbaycan xəritəsi təhrif olunub. Erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar xəritədə Azərbaycanın ərazisindən çıxarılıb.
Süjetdə Türkiyənin Rusiyadan başqa digər ölkələrdən qaz almaq imkanları haqqında danışılıb.
Qeyd edək ki, "Lifenews" kanalının baş direktoru Aşot Qabrielyanovdur.
Şərhlər