Boston canisi Sarnayev sükutu pozub

25.06.2015 03:57     Dünyadan reaksiya     2245

Bostonda marafon yarışında bombalı hücum təşkil etdiyinə görə mühakimə olunan Sarnayev qurbanlardan və ailələrindən üzr istəyib.

ABŞ-da Boston Marafonu əsnasında bombalı hücum təşkil etdiyinə görə mühakimə olunan Cövhər Sarnayev, edam cəzasına məhkum olunduğu 15 maydakı məhkəmədəki sükutunu pozaraq hamıdan üzr istəyib: "Allahın mənə, qardaşıma və ailəmə mərhəmət göstərməsini istəyirəm" - deyib.

Bombalı hücumun məsullarından 26 yaşındakı Cövhərin böyük qardaşı Tamerlan Sarnaev, hadisədən sonra polislə atışmada öldürülmüşdü.

Xatırladaq ki, Bostonda 15 aprel 2013 – cü il tarixində 23 min nəfərin iştirakı ilə təşkil edilən marafonun finiş xətti yaxınlığında 10 saniyə ara ilə dalbadal partlayan iki bomba, 3 nəfərin ölümünə, 260 nəfərdən çox insanın yaralanmasına səbəb olmuşdu.

Şərhlər

Çox oxunanlar