Rusiya Dövlət Duması Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırdı
08.12.2015 11:40 Dünyadan reaksiya 1909
Rusiya Dövlət Duması Türkiyə Böyük Millət Məclisi ilə əməkdaşlığı dayandırıb.
Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bunu Duma sədrinin müavini, "Ədalətli Rusiya" ("Spravedlivaya Rossiya") Partiyasının sədri Nikolay Leviçev bildirib.
O qeyd edib ki, Rusiya və Türkiyə parlamentariləri arasında əməkdaşlıq rəsmi səviyyədə kəsilib: "Çünki Türkiyə parlamenti hakimiyyətin orqanıdır. Ancaq "Ədalətli Rusiya" ilə Türkiyənin siyasi qüvvələri arasında təmaslar qalmaqdadır. Türkiyə parlamenti xalq tərəfindən seçildiyi üçün biz türkləri düşmən saymırıq. Prezident Vladimir Putin Federal Şuraya müraciətində demişdi ki, biz onları rəsmi Ankaraya bərabər tutmuruq".
Şərhlər