"Əl-Qaidə" "Windows 1"dirsə, İŞİD "Windows 7"dir - Əfqanıstan prezidenti

08.12.2015 13:25     Dünyadan reaksiya     2027

İsveçdə səfərdə olan Əfqanıstan prezidenti Əşrəf Qani bazar günü axşam İsveç televiziyasına müsahibə verib.

Reaksiya.az Eurasia Diary-ə istinadən xəbər verir ki, müsahibə zamanı Əşrəf Qani “Əl Qaidə” ilə İŞİD arasında bənzərlik olub olmaması ilə bağlı jurnalistin veridyi sualı belə cavablandırıb:

"Aralarında fərqlər var. Tətbiq etdikləri zorakılıqlar bir-birindən çox fərqlənir. İŞİD bu nöqtədə “Əl Qaidə” ilə daban-dabana ziddiyyət təşkil edir. “Microsoft” şirkətindən üzr istəyirəm, amma əgər “Əl Qaidə” “Windows 1” versiyasıdırsa, İŞİD “Windows 7” versiyasıdır".

İki terror təşkilatı arasındakı bənzərliklərə də diqqət çəkən Əşrəf Qani iki terror təşkilatının da narkotrafikdən ciddi pullar qazandıqlarını, həmin pulların isə terrora yönləndirdiklərini bildirib.

Əfqanıstan prezidenti Əfqanıstanın 10 ildir aldığı iqtisadi və hərbi dəstəyə baxmayaraq insanlarının hələ də İsveçə sığınacaq almaq üçün müraciət etməsinin səbəbini soruşan jurnalistə çox maraqlı cavab verib.

O, bildirib ki, Əfqanıstanda insanlar İsveçdə küçələrin belə qızıldan olduğunu düşünürlər: “Uğur qazanan əfqanlıların hekayələri də bu məsələyə xüsusi təsir göstərir. Digər bir səbəb də üstümüzə bombalar yağarkən, kamikadzelər insanları havaya uçurarkən insanlar öz gələcəklərini qarantiya altına almaq istəyirlər”.

Şərhlər

Çox oxunanlar