Saakaşvilini niyə vətəndaşlıqdan məhrum etdilər? - SƏBƏBLƏR

08.12.2015 15:07     Dünyadan reaksiya     1908

Gürcüstan prezidenti Georgi Marqvelaşvili sabiq dövlət başçısı Mixeil Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum edilməsi qərarını Konstitusiyanın tələbinə uyğun olaraq verdiyini açıqladı.

Reaksiya.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili “Kavkasia” teleşirkətinin efirində bildirib.

Qanuna görə, digər dövlətin vətəndaşlığının alınması insanın Gürcüstan vətəndaşlığından məhrum edilməsinə sözsüz əsasdır. Saakaşvili 2015-ci ilin iyulunda Ukrayna vətəndaşı olub.

“Mən Konstitusiyanı siyasi manevr üçün poza bilməzdim. Bu ölkədə riayət etdiyim qanunlar var”, - Marqvelaşvili deyib.

Gürcüstan prezidenti həmçinin Saakaşvilini başqa ölkənin vətəndaşlığını aldığı üçün qınayıb.

“Gürcüstanın iki dəfə prezidenti və iki dəfə bu ölkənin silahlı qüvvələrinin ali baş komandanı olmusansa, ölkənin adından Gürcüstan bayrağını qaldırmısansa, sən bu ölkənin vətəndaşlığına hörmət etməyə məcbursan”, - Marqvelaşvili bəyan edib.

Marqvelaşvili Gürcüstanın dünya tarixinə 2 dəfə prezident seçilmiş şəxsi vətəndaşlıqdan məhrum etmiş ölkə kimi daxil olmasının xoş hal olmadığını da vurğulayıb.

Qeyd edək ki, Ukraynanın Odessa vilayətinin qubernatorunun Gürcüstan vətəndaşlığından məhrum edilməsinə dair Fərmanı Marqvelaşvili dekabrın 4-də verib.

Şərhlər

Çox oxunanlar