ABŞ-da irqçilər islamçılardan daha çox qətl törədir

25.06.2015 04:46     Dünyadan reaksiya     2766

 

ABŞ-da 11 sentyabr hadisələrindən sonra reallaşdırılan və “terror aksiyası” kimi xarakterizə edilən hücumların əksəriyyətinin radikal müsəlmanlar tərəfindən yox, həddindən artıq sağçı ağdərililər tərəfindən törədildiyi bildirilib.

Insan itkisinə səbəb olan hücumları araşdıran ABŞ düşüncə quruluşu “New America Foundation” 2001-ci ildən etibarən həyata keçirilən aksiyaların həddindən artıq sağçı qruplar tərəfindən keçirildiyini, həmin sağçı qrupların 48 nəfəri qətlə yetirdiyini bildirib. Radikal islamçılar isə həmin dövrdən etibarən cəmi 26 nəfəri qətlə yetiriblər.

 

Mətbuatsa islamçıları qaralayır

 

Müsəlman olmayan təcavüzkarların təşkil etdiyi hücumlarda ölü sayının nisbilik olaraq daha yüksək olmasına baxmayaraq, mətbuatda radikal İslamçı hücumlarına daha çox yer verildiyi və buna görə cəmiyyətdə yanlış fikrin formalaşdırıldığı aparılan araşdırmanın nəticələrindəndir.

 

784 təşkilat irq üstünlüyünü müdafiə edir

 

“Huffington Post” qəzetinin xəbərinə görə ABŞ – da hazırda irq üstünlüyünü müdafiə edən “Neo- Nazi”, “Ku Klux Klan”, ağ milliyyətçilər və qaradərili separatçılar kimi 784 təşkilat var. Bu təşkilatların sayının 2000- ci ildən etibarən 30% artması isə iqtisadi şərtlər və artan immiqrant sayısı ilə düz mütənasibdir.

Şərhlər

Çox oxunanlar