Kadırovun Praqadakı atçılıq təsərrüfatının hesabları dondurulub

25.06.2015 05:19     Dünyadan reaksiya     2462

Çex Respublikası, Rusiyaya sanksiyalar çərçivəsində Ramzan Kadırovun Praqadakı atçılıq təsərrüfatının hesablarını dondurub. “Ozodlik” radiosunun xəbərinə görə, bu qərar Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları çərçivəsində qəbul edilib. Aİ Kadırovun Rusiyanın Krım ilhaqını dəstəklədiyi üçün sanksiyalar altında olan rus  səlahiyyətlilərin siyahısına salıb.

Çex Respublikası Maliyyə Nazirliyinin məlumatlarına görə, Kadırov 2012-ci ildə Praqa şəhərinin yaxınlığında atçılıq təsərrüfatı alıb. Təsərrüfatın bütün xərclərinin çeçen lider tərəfindən ödəndiyi qeyd olunub. Təsərrüfatın gəlirlərini dondurma qərarı onun fəaliyyətinin dayandırılması mənasına gəlmir. Investisiyalar davam etdiyi müddətcə atlar yarışlara qatılacaq, ancaq bu yarışların gəlirləri Kadirova verilməyəcək.

Keçən il Almaniyada təşkil edilən yarışlarda Çeçen liderin atları bir neçə yarışda qalib gəlmiş, ancaq sanksiyalardan dolayı Kadirova mükafatları verilməmişdi.

Hal-hazırda, bu mərkəzdə Kadırovun 50-dən çox atının olduğunu bildirilir. Atlardan birinin 4 milyon dollara alındığı da yayılan xəbərlərdəndir.

Şərhlər

Çox oxunanlar