"Putin şəxsən Ərdoğandan üzr istəyib" - Lavrov

09.12.2015 16:45     Dünyadan reaksiya     1843

Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında prezident Vladimir Putinin Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğandan şəxsi görüş zamanı üzr istədiyini deyib.

Reaksiya.az Modern.az-a istinadən xəbər verir ki, Lavrov oktybarın 3-də Rusiya təyyarəsinin Türkiyə hava məkanını pozmasına görə Putinin şəxsən Ərdoğana zəng etdiyini xatırladıb:

“Doğurdan da oktyabrın 3-də bizim aviasiya Suriya ərazisində uçuş keçirərkən bir neçə saniyəlik Türkiyə ərazisinə daxil olmuşdu. Türklər etiraz etdilər, biz də üzr istədik. Putin şəxsən Ərdoğanla danışıb üzr istədi”.

Lavrov bununla belə, Türkiyənin özünün də qonşu dövlətlərin hava məkanını pozduğunu deyib:

“3 il öncə Suriyada Türkiyə təyyarəsi vurulan zaman Ərdoğan hava sərhəddinin bir neçə saniyəlik pozulmasının silah tətbiqinə əsas vermədiyini demişdi. Amma özləri arxadan bizə zərbə endirdilər”.

Qeyd edək ki, noyabrın 24-də Rusiyanın “SU-24” təyyarəsi Suriya-Türkiyə sərhəddində vurulduqdan sonra Ankara ilə Moskva arasında münasibətlər gərginləşib.

Şərhlər

Çox oxunanlar