Angela Merkel “İlin adamı” seçildi
09.12.2015 17:52 Dünyadan reaksiya 1927
ABŞ-da dərc olunan “Time” jurnalı “İlin adamı”nı elan edib.
Reaksiya.az “Eurasia Diary”ə istinadən xəbər verir ki, “İlin adamı” Almaniya kansleri Angela Merkel olub.
Merkeldən başqa, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, amerikalı milyarder və prezidentliyə namizəd Donald Trampın da adları namizədlər siyahısında olub.
Həmçinin qaradərili hüquq müdafiəçiləri qrupu olan «Black Lives Matter» komandası da “İlin adamları” adını almaq üçün nəzərdən keçirilib.
Merkelin “İlin adamı” seçilməsinə əsas olaraq, onun beynəlxalq siyasətdəki səyləri və Almaniyanın qaçqınlar məsələsində tutduğu mövqe götürülüb.
Şərhlər